En   Ru   Az  


     
                                                                                                                                                             
                                                                                                                           
Yararlı məlumat
Atəşgah məbədi
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı
BAKI ŞƏHƏR İCRA HAKİMİYYƏTİNİN BİNASI
Cavanşir qalası
ÇIRAQQALA
Dairəvi Nardaran qalası
Diri-baba türbəsi
Əjdərbəy məscidi
Əskipara məbədi
İsmailiyyə Sarayı
Mömünə xatun türbəsi
Qız qalası (Bakı)
Qum bazilikası
Şəki xan sarayı (Şəki)
Şirvanşahlar sarayı
Yeddi kilsə monastır kompleksi
Yararlı məlumat  »  Atəşgah məbədi







Od həmişə azərbaycanlıların həyatında mühüm rol oynayıb. Torpağın altından çıxan əbədi alov insanlara sitayiş hissi aşılayırdı. Onu ilahiləşdirirdilər, onun üçün ziyarətgahlar yaradırdılar. Belə yerlərdən biri də - «Atəşgah» («Od evi», «Od ərazisi») məbədidir.  

    Odlar məbədi  - Atəşgah Bakının mərkəzindən 30 kilometr aralıda, Abşeron yarımadasının Suraxanı kəndinin cənub-şərq qurtaracağında yerləşir. 

     Müasir Atəşgah XVII-XVIII əsrlərdə «əbədi», sönməyən odların - təbii qazın alovlarının torpağdan çıxdığı yerdə tikilib. Onu Bakının hind icması inşa edib. Onların əksəriyyəti Şimali Hindistandan gəlmişdilər və siqh kastasına mənsub idilər.  

     Çox qədim zamanlardan Bakı mənbələrdə əbədi məşəllərin yandığı yer kimi təqdim olunur. Suraxanıda zərdüşti-atəşpərəstlərin ziyarətgahları vardı, bura müqəddəs oda tapınmağa gəlirdilər. Ehtimal olunur ki, bu bizim eradan əvvələ aid ilk məbəddir. Ərəblər Azərbaycanı işğal etdikdən və əhali islam dinini qəbul etdikdən sonra zərdüştilərin məbədi dağıdıldı. Zərdüştilərin əksəriyyəti islamı qəbul etməyib Hindistana qaçdılar. Atəşpərəstliyin sonrakı tarixi orada davam etdi. Ticarət və İpək yolunun yenidən Suraxanıdakı müqəddəs yerlə birləşdirənə qədər çox nəsillər dəyişdi. XV əsrdə Hindistanla atəşpərəstlər iqtisadi və mədəni əlaqələr qurulduqdan sonra Suraxanıda oda sitayiş yenidən bərpa olundu. XVII əsr mənbələrində Bakıya oda sitayiş etməyə gələn hind zəvvarlarından danışılır.  

     Atəşpərəstlərin qədim ziyarətgahlarının yerində varlı hind tacirləri tikililər ucaltmağa başladılar. Məbədin ilk tikilisi 1713-cü ilə aiddir. Mərkəzi məbəd - qurbangah isə nisbətən sonrakı dövrə aiddir, üzərindəki yazı onun tacir Kançanqaranın vəsaiti ilə 1810-cu ildə inşa edildiyindən xəbər verir. XVIII əsrdə burada bir-birinə bitişik ibadətgah, hücrə, karvansaralar artmağa başladı. Hücrələrdə daşlarda oyulmuş hind əlifbası ilə yazılmış yazılar var.

          XIX əsrin əvvəllərində məbəd indi bizə gəlib çatan şəklini aldı. Yerli memarlıq ənənələri üzərində qurulan Atəşgah özündə qədim od səcdəgahının xüsusiyyətlərini daşıyır. Bu içəridən dişli divarları və giriş portalı olan beşguşəli tikilidir. İçəridə, həyətin mərkəzində baş məbəd-səcdəgahın dördkünc rotondası (girdə və ya yarımgirdə qübbəli kiçik bina) ucalır. Giriş portalında Abşeron üçün səciyyəvi olan qonaq otağı - «balaxana» qurulub. Məbədin yaxınlığında dördkünc çuxur var, hazırda bura daşlarla doldurulub, əvvəllər orada ölü indusların meyitlərini odda yandırırdılar.

     XIX əsrin ortalarında torpaq sürüşməsi ilə bağlı bu yerlərdə təbii qazın çıxması bitdi. Zəvvarlar bunu Allahların qəzəbi ilə bağladılar və dağılışdılar. Atəşgah, sitayiş yeri kimi 1880-ci ilədək yaşadı, o il sonuncu indus da Hindistana köçdü. 1975-ci ildə abidədə müəyyən bərpa işləri aparıldı və məbəd qapılarını ziyarətçilərin üzünə açdı. 2013-cü ildə abidədə bərpa işlərinə başlanılmışdır.